AZ

Kamran Əliyev 17 nəfəri qəbul etdi - Müvafiq göstərişlər verilib

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Mia.az xəbər verir ki, qəbulda iştirak edən 17 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Seçilən
44
4
mia.az

10Mənbələr