Pakistanda “Bəlucistan azadlıq ordusu” ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarında 450 nəfəri girov götürüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “France Presse” agentliyinə Bəlucistan vilayətinin dəmiryolu üzrə qurumunun məmuru Məhəmməd Kaşif bildirib.
“450-dən çox sərnişin qatarda döyüşçülər tərəfindən girov götürülüb”, - deyə Kaşif qeyd edib.
Bununla belə, digər detallar açıqlanmayıb.