Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzur üzrə təkliflər olarsa, işıqlandırmasistemlərimizlə o ərazilərdə də xidmət göstərə bilərik.
Bu sözləri Trend-ə İspaniyanın “Alumbrado Tecnico Publico”(İctimai Texniki İşıqlandırma) şirkətinin nümayəndəsi İqnasioQalanena deyib.
O, təmsil etdiyi şirkətin fəaliyyət istiqamətindən danışıb vədaha sonra Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdənkeçirdiklərini bildirib: “Biz işıqlandırma işlərini icra edən birşirkəti təmsil edirik. Əsasən, infrastruktur, kurortlar, istirahətməkanlarında layihələri icra edirik. Qarabağ və Şərqi Zəngəzurda datəkliflər olarsa, işıqlandırma sistemlərimizlə o ərazilərdə dəmüvafiq işləri yerinə yetirə bilərik”.
“Hələ bu istiqamətdə əməkdaşlığa başlamamışıq, amma ilkfürsətdəcə qarşılıqlı əməkdaşlıqdan faydalanacağımızı düşünürük.Azərbaycana səfərimizin də mahiyyəti məhz budur ki, gələcəkdə birgəəməkdaşlıq imkanlarımız daha da artsın”, - deyə şirkət nümayəndəsivurğulayıb.