AZ

Qırğızıstan və Tacikistan sərhəd problemi martın 13-də imzalanacaq sazişlə başa çatacaq

Qırğızıstan və Tacikistan sərhəd problemi martın 13-də imzalanacaq sazişlə başa çatacaq

Qırğızıstan Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin rəhbəri Əzimbakiyev Tacikistan Prezidenti Rəhmonun Qırğızıstana rəsmi səfər edəcəyini və iki ölkə arasında dövlət sərhədi ilə bağlı sazişin imzalanacağını açıqlayıb.

Operativ Media  bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Məlumatda qeyd edilib ki, Qırğızıstan və Tacikistan arasında sərhədin demarkasiyası üzrə hökumət nümayəndə heyətlərinin üç illik danışıqları nəticəsində “Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında Qırğızıstan-Tacikistan dövlət sərhədi haqqında Sazişin layihəsi”, “Avtomobil yollarının qovşağının təşkili, avtomobil yollarının tikintisi və istifadəsi haqqında Sazişin layihəsi” və “Qırğızıstan Respublikası Nazirlər Kabineti ilə Tacikistan Respublikası Hökuməti arasında Suya çıxış haqqında Sazişin layihəsi”  hazırlanıb.

 

 

Seçilən
18
operativmedia.az

1Mənbələr