AZ

Türkiyə bankları Rusiyaya qarşı sanksiyaları yumşaldır?

Türkiyənin dövlət bankları müvafiq sahədə Rusiyaya qarşı sanksiyaların mümkün yumşaldılması ilə bağlı ölkənin maliyyə tənzimləyicisindən heç bir göstəriş almayıb.

Publika.az xəbər verir ki, "RİA Novosti" bu barədə Türkiyənin "Ziraat" bankının Ankarada yerləşən filiallarından birinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz əsas orqan olan Türkiyə Mərkəzi Bankından göstəriş almalıyıq. Belə bir göstəriş yoxdur”, - agentliyin mənbəsi bildirib.

Eyni zamanda o, Moskva ilə Ankaranın bank sektorunda qarşılıqlı əlaqə məsələsinin tezliklə həll olunacağına ümid etdiyini qeyd edib.

Seçilən
24
publika.az

1Mənbələr