Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Gundem.az xəbər verir ki, komandamız AVRO-2026-nın əsas mərhələsində səfər görüşünü keçirəcək.
5-ci qrupda qərarlaşan Vitali Borisovun yetirmələri Yunanıstanla qarşılaşacaq. Afinadakı DAİS İdman Arenasında baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Oyunu Bolqarıstandan olan hakimlər briqadası - Trayan Ençev, Kaloyan Kirilov və İvan İvanov idarə edəcək.