AZ

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın oldu

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
4
23
unikal.az

10Mənbələr