AZ

Qırğızıstanın sabiq prezidentinin qohumları vətənə dönəcəkləri təqdirdə həbs olunacaqlar - Japarov

Qırğızıstanın 2010-cu ildə devrilmiş keçmiş prezidenti Kurmanbek Bakiyevin qohumları vətənə qayıdacağı təqdirdə həbs olunacaqlar.

Olaylar.az xəbər verir ki, bunu Qırğızıstanın dövlət başçısı Sadır Japarov "Kabar" dövlət informasiya agentliyinə verdiyi müsahibədə deyib.

"Maksim (Kurmanbek Bakiyevin oğlu) və Janış (keçmiş prezidentin qardaşı) Bakiyevlər ömürlük azadlıqdan məhrum ediliblər. Onlar gəlsələr, dəmir barmaqlılqar arxasına düşəcəklər", - Japarov bildirib.

Onun sözlərinə görə, keçmiş prezidentin qohumlarına qarşı qəbul olunmuş məhkəmə qərarlarını heç kim dəyişə bilməz.

Kurmanbek Bakiyev 2010-cu ilin aprel ayında inqilab nəticəsində devrilib. Siyasi qarşıdurma zamanı ona sadiq hərbçilərlə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 80-dən çox adam öldürülüb, yüzlərlə insan yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
3
olaylar.az

4Mənbələr