
Ohayo Dövlət Universitetinin tədqiqatçıları mikroçipləri gücləndirmək üçün kifayət qədər enerji yaratmaq məqsədilə nüvə tullantılarının qamma radiasiyasından istifadə ediblər.
Reyting.az xəbər verir ki, mövcud sistem yalnız kiçik sensorları gücləndirmək qabiliyyətinə malik olsa da, elm adamları onun gələcəkdə daha böyük miqyaslara qədər genişləndirilə biləcəyinə inanırlar.
Tədqiqat qrupunun nüvə mühəndisi Raymond Cao deyib ki, tullantı sayılan bir şeyi götürməyə və onu faydalı mənbəyə çevirməyə çalışırlar.
Aviasiya mühəndisi İbrahim Öksüz bildirib ki, bu üsuldan gələcəkdə daha böyük miqyasda tətbiq etmək mümkündür: “Nüvə batareyası konsepsiyası olduqca ümidvericidir. İnkişaf üçün açıq bir çox sahələr var, lakin mən inanıram ki, bu metod gələcəkdə enerji istehsalında və sensor texnologiyasında mühüm yer tutacaq”.
V. QULİYEV