AZ

Gəncədə qadın bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

Gəncədə 36 yaşlı qadın bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərim Mikayıl Rəhimov küçəsində, “Naxalovka” adlanan ərazidə qeydə alınıb.

1989-cu il təvəllüdlü A.İsgəndərova bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.

O, dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilıir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
20
bizim.media

1Mənbələr