Pakistanın cənub-qərbində sərnişin qatarına silahlı hücum olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Bəlucistan əyalətində baş verib.
Bildirilib ki, içində təxminən 500 nəfərin olduğu qatar Pişəvərə gedirmiş: "Hadisədən dərhal sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib. Bölgədə əməliyyat başlayıb".
Dəmiryol nəzarətçisi Məhəmməd Kaşif yerli mətbuata deyib ki, qatar Kvettadakı dağlıq ərazidə yerləşən 8 saylı tuneldə silahlı şəxslər tərəfindən dayandırılaraq hücuma məruz qalıb: "Qatarda təxminən 500 sərnişin və heyətə var. Onların taleyindən xəbərsizik"
Tahir Şəlvəli
MİA.AZ