Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş jurnalistlərlə görüşəcək.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcının iştirakı ilə mətbuat konfransı keçiriləcək. Görüş martın 13-də saat 11-də AFFA-nın inzibati binasında başlanacaq.

F.Santuş mətbuat konfransında qarşıdakı 2 yoldaşlıq matçı - Haiti (22 mart) və Belarusa (25 mart) qarşı oyunlar üçün yığmaya çağırdığı futbolçuların adlarını açıqlayacaq, KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, əsas milli komandamızın heyətinin jurnalsitlərlə görüşdə elan olunması ənənəsinin təməlini ölkəmizdə məhz F.Santuş qoyub. Əvvəllər yığmanın heyəti adətən AFFA-nın rəsmi saytında dərc olunurdu.