AZ

Pakistanda silahlı şəxslər qatara hücum edib

BAKI,TurkicWorld

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində silahlılar sərnişin qatarına hücum edərək atəş açıblar.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, hadisə nəticəsində qatarda olan 450 sərnişin girov götürülüb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən Bəlucistan Azadlıq Ordusu (BLA) bəyanat yayıb.

Bəlucistan hökumətinin nümayəndəsi bildirib ki, bölgədə fövqəladə vəziyyət elan olunub və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına almaq üçün səfərbər edilib.

Bəlucistan hökumətinin rəhbərliyi vəziyyətlə bağlı təcili tədbirlər gördüklərini və bütün aidiyyəti qurumların hadisə yerinə yönləndirildiyini bildirib.

Qeyd edək ki, Bəlucistandakı silahlı qruplaşmalar uzun illərdir hökumət və orduya qarşı üsyan həyata keçirir, eyni zamanda Çinin bölgədəki iqtisadi maraqlarına qarşı çıxış edirlər.

Seçilən
59
turkic.world

1Mənbələr