AZ

Sərdar Cəlaloğlu Fuad Nağıyevlə bağlı Şuşadakı SİRLƏRİ AÇDI: “Xəcalət çəkdim, çünki…”

“Müxtəlif dövlət qurumlarına vəzifəyə təyinat alan şəxslərin hamısı bir-bir yoxlanılmalıdır. Onların qohumluq əlaqələrinə, kim olduqlarına, keçmişlərinə nəzər salınmalıdır. Biz dövlət tədbiri ilə əlaqədar Şuşaya getmişdik. Həmin tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də var idi. O, çıxış edəndə mən xəcalət çəkdim”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu səsləndirib.

O bildirib ki, Fuad Nağıyev balaca uşaq kimi hərəkətlər edir, danışanda mətni üzündən oxyur və xeyli səhvlər buraxırdı:

“Biabırçı vəziyyət yaranmışdı. İndi də müəyyən olunur ki, bu şəxsin xaricdəki bəzi təşkilatlarla əlaqəsi var. Aldığım məlumata görə, onun qayınanası universitet rektorudur. Hansı ki, Sabirin, Nizaminin mozaykalarını universitetdən sökdürmüşdü. Primakovla bağlı inşa yazdırmışdı. Rusiyanın adamı olduğu məlum məsələdir. Kürəkəni də aydındır ki, Turizm Agentliyində qanunsuzluqlara yol verəcək və dövlətə ziyan vuracaq. Bu cür şəxslərin vəzifəyə gəlməsində bəzən Rusiya faktoru rol oynayır. Ona görə də, sonradan Rusiyanın “agneti”nə çevrilirlər”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidməti mütəmadi olaraq bütün qurumlarda araşdırma aparmalıdır:

“Biz heç kimə arxayın olmamalı və dövlətin təhlükəsizliyini belə şəxslərə etibar etməməliyik. Ona görə də, DTX bütün məmurlar üzərində nəzarət həyata keçirməlidir. Kimin hardan gəldiyi, kimlərlə əlaqəsi olduğu, büdcə pullarından necə istifadə edildiyi yoxlanılmalıdır. Çünki dövlətdə hələ də Rusiyaya xidmət edən şəxslər vəzifə tutur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
25
1
konkret.az

2Mənbələr