AZ

Bu küçədə dayanacaq parkinqə çevrilib- Avtobuslar ikinci cərgədə dayanmalı olur- FOTO

Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində xoşagəlməz mənzərə yaranıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. O bildirib ki, sözügedən küçədə avtobus dayanacaqlarından biri sürücülərin parkinq zonasına çevrilib. Şikayətçinin sözlərinə görə, dayanacaq taksi fəaliyyətiylə məşğul olan avtomobillər və supermarketə mal gətirən yük maşınları tərəfindən mütəmadi olaraq zəbt olunur. Nəticədə ərazidən keçən avtobuslar ikinci zolaqda dayanaraq sərnişin mindirib-düşürürlər. Bu isə digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədir, hətta qəza təhlükəsi yaradır. Elə fotolarda da görünür ki, 90-OY-652 dövlət nömrə nişanlı “Daewoo” markalı, 77-GH-721 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillər və 77-JM-812 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşını dayanacaqda park edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr kənarda saxlaya bilərlər. 

Nərmin

 

FOTO QALEREYA
Seçilən
12
avtosfer.az

1Mənbələr