AZ

Məhəmməd Salahın meneceri futbolçunu "Barselona"ya təklif etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını "Barselona"da davam etdirə bilər.
Oxu.Az "Diario Sport"a istinadən xəbər verir ki, misirli futbolçunun meneceri artıq onun xidmətlərini Kataloniya klubunun rəhbərliyinə təklif edib.
Bildirilib ki, Salah "Barselona"ya keçərsə, ispan nəhənginin La Liqanın maliyyə tələblərini ödəyə bilməsi üçün maaşında ciddi endirim etməli olacaq.
"Barselona" maliyyə problemləri səbəbindən hazırda 32 yaşlı forvardı transfer etmək barədə ciddi düşünmür. Lakin klubun yayda bu təklifi dəyərləndirməsi ehtimalı da var.
Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 30 qol vurub və 22 məhsuldar ötürmə verib. Onun "Liverpul"la müqaviləsi cari mövsümün sonuna qədərdir.
Seçilən
22
50
oxu.az

10Mənbələr