Gəncədə yeniyetmə oğlanı avtomobil vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, Şəmkir rayon sakini, 2010-cu il təvəllüdlü E.Rəhimlini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 yaşlı gənc şəhərdəki xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta