AZ

ÇL-də hamını arxada qoydu

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu nominasiyada Alisson Beker qalib gəlib. “Liverpul”un qapıçısı PSJ-yə qarşı matçda (1:0) 9 dəfə seyv edib. 32 yaşlı braziliyalı UEFA-nın saytında keçirilən səsvermədə Rodriqo (Real), Harri Keyn (Bavariya) və Martin Edeqoru (Arsenal) qabaqlayıb.

Qeyd edək ki, Alisson PSJ – “Liverpul” matçının da ən yaxşı oyunçusu seçilib.

Seçilən
18
football-plus.az

1Mənbələr