AZ

Zelenski ABŞ-dan Rusiyaya qarşı nüvə silahı tətbiqi zəmanəti istəyir - Lavrov

BAKI,TurkicWorld

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan Rusiyaya qarşı nüvə silahından istifadə etməsi üçün zəmanət tələb edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Cənab Zelenski açıq şəkildə bildirir ki, ABŞ Rusiyanı nüvə silahı ilə bombalayacağına zəmanət verməyincə heç bir atəşkəs istəmir. O, məsələyə təxminən bu cür yanaşır",- deyə o bildirib.

Lavrov eyni zamanda Ukrayna ərazisinə xarici sülhməramlıların yerləşdirilməsi təşəbbüslərini də dəyərləndirib. Onun sözlərinə görə, bu təkliflər Kiyev rejimini "xalq qəzəbindən" qorumaq üçün atılan addım təsiri bağışlayır.

Daha əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard, Zelenskinin nüvə müharibəsinə səbəb olmaq istədiyini və Ukrayna liderinin Vaşinqtonu artıq bir neçə ildir bu münaqişəyə çəkməyə çalışdığını iddia etmişdi.

Seçilən
29
turkic.world

1Mənbələr