AZ

Nazir: Ukraynanın silahsızlaşdırılması qəbuledilməzdir

Ukrayna ordusu ölkə üçün əsas təhlükəsizlik təminatı olaraq qalır və Paris Ukrayna ordusunun istənilən silahsızlaşdırılmasına qarşı çıxacaq.

Yenisabahş.z AFP-yə istinadla xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib.

O, Parisdə Müdafiə və Strategiya Forumunun açılışında çıxış edib. Burada U iştirakı ilə Avropa ölkələrinin baş qərargah rəislərinin görüşü keçirilməlidir və orada onların Ukraynada potensial sülhməramlı əməliyyatda iştirakı müzakirə oluna bilər.

Moskva Ukrayna ərazisində istənilən halda NATO ölkələrinin qoşunlarının olmasına qəti şəkildə qarşıdır.

Tammiqyaslı müharibənin ilk günündən Vladimir Putin Ukraynanın “demilitarizasiyasını” tələb edir ki, bu da Kiyev üçün qəbuledilməzdir.


Telegram kanalımız
Seçilən
23
yenisabah.az

1Mənbələr