AZ

Varnada məğlubiyyət

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Bakıvaxtı.az idman.biz-ə istinadən xəbər verir ki, yığmamız İnkişaf etməkdə olan ölkələrin çempionatında mübarizəyə başlayıb.

Millimiz Bolqarıstanın Varna şəhərində keçirilən turnirə Moldova ilə qarşılaşma ilə start verib. Komandamız bu görüşdə 21:33 (8:14) hesabı ilə uduzub.

Qeyd edək ki, millimizin yer aldığı B qrupunda Nigeriya və ABŞ komandaları da mübarizə aparır.

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr