AZ

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükünün artacağını gözləyir - XİN rəhbəri

Bakı. Trend:

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükününillik 2.2 milyon tona qədər artacağını gözləyir.

Trend xəbərverir ki, bunu Qazaxıstanın Xarici İşlər Naziri Murat NurtleuAzərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla Astanada keçirdiyi birgəmətbuat konfransında bildirib.

Nazirlər Qazaxıstan enerji resurslarının Azərbaycan ərazisindəntranziti sahəsində əməkdaşlığın uğurlu olmasını alqışlayıb.

“Biz Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilədünya bazarlarına tədarükü ilə bağlı razılaşmalar üzrə götürdüyümüzöhdəlikləri uğurlu şəkildə həyata keçiririk.. Ötən ilBakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,4 milyon ton neft ixracolunub. Gələcəkdə biz Qazaxıstan neftinin tranzit həcmini illik 2.2milyon tona qədər artırmağı planlaşdırırıq”, -deyə Nurtleubildirib.

Bundan başqa tərəflər kənd təsərrüfatı, sənaye kooperasiyası,kosmik sahə və telekommunikasiya sahəsində qarşılıqlı əlaqələriaktivləşdirməklə bağlı razılığa gəliblər. Dialoqun möhkəmlənməsinə2024-cü ildə təsis olunmuş Qazaxıstan-Azərbaycan investisiya fondutəsir göstərib.

Məqalədə:
Seçilən
23
2
az.trend.az

3Mənbələr