“Trabzonspor”un yeni baş məşqçisi Fatih Tekke olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Mütəxəssis bu vəzifədə Şenol Güneşi əvəzləyib. “Trabzonspor” yeni çalışdırıcısını bu gün ictimaiyyətə təqdim edəcək.
Fatih Tekke daha əvvəl “Kayseri Erciyesspor”, “Boluspor”, “Manisaspor”, “Denizlispor”, “İstanbulspor”, “Bursaspor” və “Alanyaspor”a da baş məşqçilik edib.
Həmçinin o, futbolçu karyerası ərzində 1994-1997, 1998-2000 və 2002-2006-cı illərdə “Trabzonspor”un formasını geyinib.