AZ

Polşa 2027-ci ildə 100 min nəfəri hərbi təlimlərə cəlb etmək istəyir

Bakı, 11 mart, AZƏRTAC

Polşanın Baş naziri Donald Tusk çərşənbə axşamı bəyan edib ki, hökumət 2027-ci ilə qədər 100 min könüllünü hazırlamaq məqsədilə növbəti ildən yeni könüllü hərbi hazırlıq proqramını başlatmaq istəyir.

AZƏRTAC xəbər verir ki, Tuskun sözlərinə görə, əsas məsələ proqramda iştirak etmək istəyən hər kəsin 2026-cı ildən gec olmayaraq bu təlimlərə qoşula bilməsidir.

“Reuters” agentliyinin məlumatına görə, Polşanın Baş naziri qeyd edib ki, professional ordu və Ərazi Müdafiə Qüvvələrindən başqa ehtiyatda olanların da de-fakto ordusunu yaratmaq lazımdır.

Ötən həftə hökumət bütün yetkin kişilərin hərbi hazırlıq keçməsi ilə bağlı ideyanı dəstəkləyib.

Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Polşa NATO-ya üzv digər ölkələrlə müqayisədə daha çox ÜDM payını müdafiəyə xərcləyir.

Seçilən
35
azertag.az

1Mənbələr