Müğənni Melek Mossonun başına iş gəlib.
Far.Az xəbər verir ki, sənətçi həyat yoldaşı Serkan Sağdıçla Şri-Lankaya istirahətə gedib.
Daha sonra cütlük Baliyə yollanıb. Melek Mosso Bali istirahəti zamanı xəstəxanalıq olub.
Onun bədəni alergiyadan səpib. Bu barədə sənətçi sosial şəbəkədə qeyd edib.
O həkimə gedib və alergiya olan qollarının, ayaqlarının fotolarını izləyiciləri ilə paylaşıb.
Xatırladaq ki, Melek Mosso Serkan Sağdıçla 2023-cü ildə ailə qurub.