Dövlət Məşğulluq Agentliyi və “Azəriqaz” İstehsalat Birliyi Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yarmarka martın 13-ü saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin ofisində (Cəbrayıl şəhəri, bina 31, mərtəbə 1, mənzil 2) təşkil olunacaq.