AZ

56 böyrək satan ukraynalı həbs edildi – Aralarında azərbaycanlılarınkı da olub


Qazaxıstanda 56 böyrək satdığına görə 12 il müddətinə azadlıqdan məhrum edilən ukraynalı qadın Polşada saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı Kseniya P. Ukrayna ilə dəmir yolu keçidində Polşa sərhədçiləri tərəfindən saxlanılıb. O, 2020-ci ildən İnterpol tərəfindən axtarışda olub.
Qadın 2017-2019-cu illər arasında qeyri-qanuni yolla insanların toxuma və orqanlarını çıxararaq qara bazarda satan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü olub.
Dəstənin qurbanları arasında Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olanlar da olub.
Seçilən
26
10
yeniavaz.com

10Mənbələr