AZ

“Sülhməramlılar Kiyev nasist rejiminin qalıqlarını qoruyacaqlar?” - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi ilə görüşdən sonra sülhməramlılar ideyasını tam başa düşmədiyini dilə gətirib.

Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.

Lavrov soruşub: “Sülhməramlılar - indi bu, sizin hamınızın dodaqlarınızdadır. Artıq 10 min müzakirə olunur - kifayət edəcəkmi? Bəlkə 50, bəlkə də 100? Amma bzim sualımız sadədir: onlar sülhməramlılar olacaq - nəyi qoruyacaqlar? Kiyev nasist rejiminin qalıqlarını?”.

Bununla belə, Lavrov Ukraynada rus mədəniyyətinin, rus dilinin və rus mediasının məhv edilməsindən şikayətlənib. O, qeyd edib ki, bu irqçi təcrübəyə son qoymağa çalışmaq lazımdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
herbiand.az

1Mənbələr