Aktual.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
"Bu məqamda hər kəsə aydın olmalıdır ki, ABŞ-ın Rusiya tərəfinə də təsir etməyə imkan verən vasitələri var. Bununla belə, ümid edirik ki, vəziyyət bu həddə gəlib çatmayacaq”, - o bildirib.
Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın məqsədi münaqişədən çıxmaq üçün hər iki tərəfi, Moskva və Kiyevi danışıqlar masasına çəkməkdir:
"Trampın antirusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsinin mümkünlüyü ilə bağlı son şərhləri hər şey dağılacağı təqdirdə ABŞ-ın alətlərinin olduğunu xatırladır. Amma ümid edirik ki, bu baş verməyəcək. Həqiqətən ümid edirik. Ümid edirik ki, bu, belə olmayacaq”.