AZ

Bakıda əfsanəvi kəşfiyyatçı Şamil Süleymanovun 90 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin MədəniyyətMərkəzində əfsanəvi kəşfiyyatçı, ehtiyatda olan polkovnik,Azərbaycan Yazıçılar İttifaqının üzvü Şamil Süleymanovun 90 illikyubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir “Alyans”Azərbaycanın xüsusi xidmət orqanları veteranlarının İctimai Birliyitərəfindən təşkil olunub.

Trend xəbərverir ki, açılışda “Alyans” Azərbaycanın xüsusi xidmət orqanlarıveteranlarının İctimai Birliyinin sədri Fəxri Abbasov ŞamilSüleymanovu bu əlamətdar hadisə münasibətilə təbrik edərək, busahənin inkişafında və ölkənin təhlükəsizliyinin təmin olunmasınaböyük töhvələr vermiş Süleymanovun xüsusi xidmət orqanlarındakeçdiyi şanlı yoldan söz açıb.

60-cı illərin əvvəllərindən başlayaraq Şamil SüleymanovAzərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsininəks-kəşfiyyatında işləyib. Şamil Süleymanovun fəaliyyəti haqdakitablar yazılıb, məqalələr dərc olunub, onlarla sujet çəkilib.Amma onun ABŞ, İran, İsveç və digər ölkələrdəki uğurlu fəaliyyətiilə bağlı serial çəkilsəydi, çox yaxşı olardı. Bəzi kəşfiyyatəməliyyatları barədə Şamil Süleymanov kitablar yazıb. Məsələn,Şamil Süleymanovun iştirakı ilə keçirilən “Moxol” əməliyyatınıngedişində DTK-nin elmi-texniki kəşfiyyat üzrə əməkdaşlarıAmerikanın üzən yarıya qədər suda olan buruq üzrə sənədləri əldəedə biliblər. Məhz bunun sayəsində 80-ci illərdə Azərbaycanınərazisində yarıya qədər suda olan neft platformaları tikilib, DərinÖzüllər Zavodu yaradılıb, daha sonra isə bu, Azəri-Çıraq-Günəşli vəŞahdəniz neft yataqlarının kəşfi və istismarına imkan verib. ŞamilSüleymanov DTK-dəki fəaliyyətini 1992-ci ildə başa çatdırıb.Təqaüdə çıxsa belə, aktiv fəaliyyətini davam etdirib, 2002-ci ildə“Alyans” İctimai Birliyinin yaradılmasında iştirak edib, uzun illəronun sədri olub.

Tədbirdə “Alyans” İctimai Birliyi, Azərbaycan Veteranlarıİttifaqı, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətiadından təbriklər səsləndirilib, fəxri fərmanlar təqdim olunub.“Alyans” İctimai Birliyinin üzvləri, xüsusixidmət veteranlarıHamlet İsmayılov, Əliheydər Dadaşov, Ağalar Əliyev, Rəna Balaşzadəvə başqaları xatirələrini bölüşüblər, Süleymanovun vətəninkeşiyində keçirdiyi şərəfli xidmət yolunu vurğulayıblar.

Şamil Süleymanov xoş sözlərə görə minnətdarlığını bildirərəkhəyat və fəaliyyəti barədə danışıb, 35 ildən çox xüsusi xidmətorqanlarında çalışdığını, uğurlu əməliyyatlar həyata keçirdiyini vədaim ümummilli lider Heydər Əliyevin tövsiyələrinə və təlimatlarınıəsas tutduğunu vurğulayıb.

“Bütün fəaliyyətimi Heydər Əliyevin tövsiyələri əsasındaqurmuşam və bu hər zaman uğur gətirib. Bizimlə dərs keçmək,səhvlərimizi göstərmək, tövsiyə vermək lazım gələndə HeydərƏliyevin gücünə və vaxtına heyfi gəlməzdi. O, həmişə əməkdaşlarınadəyər verərdi, ən yaxşılarını seçirdi, ən istedadlılarını xidmətdəönə çəkməkdə kömək edərdi və beləcə ölkənin dövlət təhlükəsizliyinigücləndirmiş olardı. Belə əməkdaşlara hər zaman daha çətintapşırıqlar verilərdi. Bunu fəxarətlə qeyd etmək istərdim ki,onların arasında mən də var idim. Həmin dövrdə mən bir il ərzindəsıravi əməkdaşdan peşəkarlarla bərabər səviyyəyə qədəryüksəlmişdim. Mən uzun müddət ölkə xaricində işləmişəm və bufəaliyyət tapşırıqların yerinə yetirilməsində maksimum diqqətcilliktələb edirdi.

Və hər dəfə, məhz Heydər Əliyevlə qazandığım iş təcrübəsininsayəsində, qeyri-qanuni, siyasi və elmi-texniki sahələrdə ən yüksəksəmərəliliklə işləyərək təkcə Azərbaycanın ərazisində deyil, həm dəxarici ölkələrdə əks-kəşfiyyat və kəşfiyyat fəaliyyəti həyatakeçirmişəm", – deyə yubilyar qeyd edib.

DTK onunla, o, Azərbaycan Sənaye İnstitutunun sənayefakultəsinin son kursunda təhsil alarkən maraqlanmağa başlayıb.Komsomolçu, bədən tərbiyyəsi şurasının sədri, idmançı idi, ingilisdilində danışırdı, atası – böyük vətən müharibəsi veteranı idi.Möhtəşəm bioqrafiya idi! Lakin DTK-nın Belarusun Mogilyovşəhərindəki əks-kəşfiyyat məktəbinin ilk məzunlarından biri olan buşəxs 250 kurs yoldaşı ilə birlikdə Xruşşov dövründə ixtisara düşdü.Ali təhsil ocağını bitirdikdən sonra işləməyə başlayıb. Neftsənayesində mühəndis işləyib. Amma tale onu dahi Heydər Əliyevləüzləşdirib – sonuncu, həmin dövrdə əks-kəşfiyyat şöbəsinin rəhbəriidi, sonradan onun rəhbəri olub və gənc və perspektivli əməkdaşaiki nazirliyin - neft sənayesi və neft emalının kurasiyasını həvaləedib, ona agent heyətini yeniləməyi tapşırıb, və nəticədə uğurluəməliyyatlar həyata keçirib.

Şamil Süleymanovun həyat və peşə fəaliyyəti ilə bu linklərdəntanış ola bilərsiniz:

https://www.trend.az/azerbaijan/politics/3013353.html

https://www.trend.az/azerbaijan/politics/3015855.html

Trend informasiya agentliyi Şamil Süleymanovu yubileyimünasibətilə təbrik edir, ona uzun ömür və yaradıcılq uğurlarıarzulayır, belə ki, o, hazırda xüsusi xidmət veteranları haqda yenimaraqlı kitablar üzərində işləyir.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
33
1
az.trend.az

2Mənbələr