AZ

Moldovada keçirilən beynəlxalq konfransda erməni təxribatının qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Moldovanın Kişineu şəhərində təşkil edilən “Gələcək üçünsinerjilərin təminatı” beynəlxalq elmi-praktik konfransda ermənitəxribatının qarşısı alınıb.

Trend xəbərverir ki, tədbirin ilk günündə təşkil edilən 5-ci paneldə özünüqondarma “Dağlıq Qarabağ”ın sakini kimi təqdim edən erməni qızınçıxışı zamanı ölkəmizlə bağlı təhrif olunmuş və qərəzli fikirlərsəsləndirilib.

Milli Məclisin deputatı Vüqar Bayramov çıxışa etiraz edib. O,erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb edibvə bildirib ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, AzərbaycanınQarabağ iqtisadi rayonu var: “Şüarı dialoq olan beynəlxalq tədbirdəseparatizm meyilləri təqdim oluna bilməz. Tədbirdə qərəzli siyasibəyanat səsləndirməkdənsə, Qərbi Azərbaycandan zorla çıxarılmış 300min azərbaycanlının hüquqlarından danışmaq və regionda sülhüdəstəkləmək lazımdır. Qərəzli yanaşmalar ilə Qafqazda sülhə nailolmaq olmaz”.

Onun israrlı təkidindən sonra erməni nümayəndənin çıxışıdayandırılıb və ona nitqini davam etdirməyə imkan verilməyib.Təşkilatçıların nümayəndəsii baş verənlərə görə Azərbaycannümayəndə heyətindən üzr istəyib.

Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktikkonfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropaİttifaqının nümayəndələri iştirak edirlər.

Konfransda Azərbaycanı dövlət qurumlarının, o cümlədən Dövlət SuEhtiyatları Agentliyinin, universitetlərin, eləcə də XəzərUniversitetinin nümayəndələri və ekspertlər təmsil edirlər.

Tədbir martın 13-də başa çatacaq.

Moldovada
Moldovada
Seçilən
14
8
az.trend.az

9Mənbələr