AZ

Goranboyda maşın aşıb, xəsarət alan var

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumata görə, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ "markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriıib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma apararılır.

Seçilən
32
6
avtosfer.az

8Mənbələr