AZ

Azərbaycanda sosial müavinətlər nə vaxt artırılacaq? - RƏSMİ CAVAB

Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması gündəmdədir. Ancaq hələlik müavinətlərin nə vaxt və nə qədər artırılacağı məlum deyil.

Modern.az məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icrasına başlanılan yeni sosial paket çərçivəsində bu il yanvarın 1-dən minimum əməkhaqqı 16 faiz artımla 400 manata, minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb. 

"Həmçinin bir çox sahələrdə əməkhaqları, 2025-ci ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb. 

Sərəncamın icrası olaraq, sosial müavinət və təqaüdlərin də artırılması ilə bağlı təkliflərin Nazirlər Kabineti tərəfindən üç ay ərzində hazırlanıb dövlətimizin başçısına təqdim edilməsi nəzərdə tutulub", - rəsmi cavabda belə deyilir.

DSMF-dən verilən açıqlamadan məlum olur ki, martın 23-dək sosial müavinətlərin nə qədər artırılacağı barədə təkliflər dövlət başçısına təqdim edilməlidir. Müvafiq təkliflər hazırlanmasından sonra sosial müavinətlərin nə qədər artırılacağına qərar veriləcəyi gözlənilir.

Seçilən
39
5
modern.az

6Mənbələr