Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Gəncə Körpü Tikinti-2" ASC ilə satınalma müqaviləsi bağlayıb.
Hit.az xəbər verir ki, maliyyə dəyəri 6 189 463,25 manat olan müqavilədə Gəncə şəhəri, Əli Məmmədov küçəsində “Ekoloji Park” kompleksinin və onun ətrafında abadlıq işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
Məhərrəm Zeynallıya haqqında açıq mənbələrdə onun haqqında heç bir məlumat yoxdur.
"Gəncə Körpü Tikinti-2" ASC əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur.
Abbas