AZ

Azərbaycan-İspaniya Strateji İqtisadi Dialoqunun 1-ci iclası keçirildi, Anlaşma Memorandumu imzalandı - FOTO

Bakıda Azərbaycanla İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib.

Day.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım Amparo Lopez Senoviya ilə görüşdə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, bu gün keçirilmiş Azərbaycan - İspaniya biznesforumunun və iki ölkə arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

O bildirib ki, görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

"Sənədin icrası ikitərəfli #biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək", - nazir vurğulayıb.

  • Azərbaycan-İspaniya
  • Azərbaycan-İspaniya
  • Azərbaycan-İspaniya
  • Azərbaycan-İspaniya
Seçilən
69
14
day.az

10Mənbələr