"Mançester Yunayted"in uğursuz nəticələrinin davam etməsi səbəbilə Ruben Amorimin komandadan göndəriləcəyi haqda xəbərlər yayılmaqdadır.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın ortaq sahibi olan Sir Jim Ratslif BBC-yə açıqlamasında məsələyə aydınlıq gətirib.

Tanınmış iş adamı portuqaliyalı mütəxəssisin fəaliyyətini yüksək qiymətləndirib:

"Həqiqətən Ruben Amorimin oyunçularına baxsaq, məncə ortaya çox yaxşı iş çıxarır. O, mükəmməl baş məşqçidir və komandada uzun müddət qalacaq".