AZ

“Bizə hansısa həmvətənimizdən müraciət daxil olmayıb” – millimiz Afinada tək qalacaq?

Futzal üzrə millimiz bu gün AÇ-2026-nın əsas mərhələsinin 5-ci qrupu çərçivəsində 4-cü tur oyununa çıxacaq. Afinada – “DAİS Sports Hall”da baş tutacaq matç saat 21.00-da başlayacaq.

Bəs, yığmamız üçün vacib matçın yayınlanması nəzərdə tutulubmu? Komanda azərbaycanlı azarkeşlər tərəfindən tribunalardan dəstəkləcəkmi? Ümumiyyətlə, Yunanıstanda oyuna maraq hansı səviyyədədi?

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun “Football-plus.az”ın suallarına cavabı:

“Matç Yunanıstan televiziyalarının heç birində canlı yayınlanmayacaq. Yalnız “yutub” vasitəsilə ancaq Yunanıstan ərazisini əhatə edəcək yayın nəzərdə tutulub. Komandamızda vəziyyət yaxşıdı. Bu barədə baş məşqçimiz Vitali Borisov federasiyanın rəsmi saytında ətraflı açıqlama verib. Bizə hansısa həmvətənimizdən müraciət daxil olmayıb. Azarkeşlərin matça fərdi şəkildə gəlməsi mümkündü ki, bunu yalnız oyunda görəcəyik. “DAİS Sports Hall” 800 nəfərlik tamaşaçı tutumuna malikdi. Böyük ehtimalla, tribunalarının yarısı dolacaq. Futzal Yunanıstanda populyar idman sahələrindən deyil”.

Xatırladaq ki, Bakıda keçirilən Azərbaycan – Yunanıstan matçında qalib müəyyənləşməyib – 2:2.

KƏNAN BAHADIR
Seçilən
30
football-plus.az

1Mənbələr