AZ

Bir çox xəstəliyə səbəb ola bilər! Bir gecəlik yuxusuzluq...

“The Journal of Immunology”də dərc olunan araşdırmada gənc və sağlam fərdlərin 24 saatlıq yuxusuzluq dövrünə məruz qalması nəticəsində onların immun hüceyrələrində əhəmiyyətli dəyişikliklər müşahidə edilib.

News24.az bildirir ki, immunitet sistemi yuxu rejiminə son dərəcə həssasdır və hətta qısa müddətli yuxusuzluq da iltihaba səbəb ola bilər. Bu dəyişikliklərin uzun müddətdə davam edəcəyi təqdirdə şəkər, ürək xəstəlikləri və piylənmə kimi xroniki xəstəliklərin inkişaf riskinin arta biləcəyi vurğulanır.

Tədqiqatda immunitet sisteminin əsas quruluş bloklarından biri olan 'monositlər' araşdırıldı. Monositlər bədəni xarici təhlükələrdən qoruyan hüceyrələrdir. 

Elm adamları, araşdırmada 237 sağlam yetkinin yuxu rejimi və immun hüceyrə profillərinin araşdırıldığını açıqladı. Nəticələr, obez insanların yuxu keyfiyyətinin daha aşağı olduğunu və bədənlərində iltihabın daha yüksək olduğunu göstərdi. 24 saat yuxusuz qalan sağlam insanların immun sistem profillərində də oxşar dəyişikliklərin baş verdiyi müəyyən edilib.

Zəhraxanım Şeydayeva

Seçilən
18
news24.az

1Mənbələr