AZ

MN-dəki 143 milyonluq mənimsəmə işi ilə bağlı məhkəmənin növbəti iclası keçirilib

Bakı. Trend:

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəməyəgörə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan VahidNovruzlunun cinayət işi üzrə məhkəmənin növbəti iclasıkeçirilib.

Trend xəbərverir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevinsədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hüquq vəvəzifələri izah edilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Nəsib Niftəliyevvəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxs barəsində seçilmişhəbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasınıistəyib:

“Müvəkkilim barəsində cinayət işi açılan zaman ölkə xaricindəolub. Bu barədə məlumat alan kimi ölkəyə gəlib və birbaşa istintaqorqanına gedərək könüllü təslim olub. Onun istintaqdan yayınmaqfikri olmayıb. 104 min manat dövlət hesabına ödəniş edilib. Eynizamanda, müvəkkilimin himayəsində 2 azyaşlı övladı var. Bunu nəzərəalmağınızı xahiş edirəm”.

Təqsirləndirilən Vahid Novruzlu qalan pulu ödəməyə hazırolduğunu bildirib.

Məhkəmə müşavirə edərək vəsatətin hazırkı mərhələdə təminedilməməsinə qərar verib.

Məhkəmə istintaqı başlayıb və ittiham aktı elan edilib.

İttihamda qeyd olumub ki, təqsirləndirilən şəxs xidmət dövrüərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasibvəzifəsində xidmət edib:

“Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək,vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərinhərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakintəqsirləndirilən şəxs tamah məqsədi ilə Müdafiə NazirliyininMaliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor NizamiMəmmədov ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb.Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqlamüxtəlif şəxslərin 15 plastik kart hesabına pul köçürərəkmənimsəyib”.

Vahid Novruzlu özünü qismən təqsirli bilib: “Cinayət işi üzrəözümü qismən təqsirli bilirəm. Çünki mən özümdən yüksək rütbəlişəxslərin tapşırığını yerinə yetirmişəm”.

Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmətetdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır.

İttihama görə, o, üzürlü səbəb olmadan xidmət etdiyi hərbihissəyə qayıtmayıb.

Proses aprelin 4-də davam etdiriləcək.

Qeyd edək ki, Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizodüzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaqçərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdardamənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (hərbi hissəni vəya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəlisürülüb.

Sabiq maliyyə xidmət rəisi barəsində DTX İstintaq baş idarəsininvəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

Seçilən
38
20
az.trend.az

10Mənbələr