Ukrayna Silahlı Qüvvələri (AFQ) tərəfindən “Drujba” neft kəmərinə dəymiş ziyan aradan qaldırıldıqdan sonra Rusiyadan Macarıstana neft tədarükü bərpa edilib.
Bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto məlumat verib.
"Rusiya sistem operatoru Ukraynanın pilotsuz təyyarələrinin hücumu nəticəsində dəymiş ziyanı aradan qaldırdı, ona görə də Drujba kəməri ilə Macarıstana xam neftin tədarükü bərpa olundu", - o Facebook-dayazıb.