Vətəndaş kredit götürən zaman onu şəxsi məlumatları tələb olunur.
Həmçinin, vətəndaşın şəxsi məlumatları ilə yanaşı, onun qohumlarının da əlaqə nömrəsi tələb olunur.
Əgər vətəndaş krediti gecikdirsə, həmin nömrələrə zəng edilir.
Iqtisadçı Fuad İbrahimli Hit.az-a deyib ki, qanunvericilikdə hər hansı bir qohuma zəng vurmaq, yaxud vurmamaqla bağlı məhdudiyyət yoxdur:
“Qanunvericiliklə bununla bağlı heç nə qeyd edilməyib. Qanunvericilikdə nə ziddiyyət var, nə də qadağan olunur. Kredit verildikdən sonra kiməsə məlumat verilərsə, bu, məhkəmə predmeti ola bilər, çünki bu halda bank sirri yayılıb”.
Sevinc