Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli oldu
Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub.Metbuat.az xəbər verir ki, bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” komandaları üz-üzə gəlib. Bakı Tennis Akademiyasında baş tutan görüşdə hesab açılmayıb. Qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) "Aznur" futbolçuları üçüncü yerə sahib çıxıblar.
Qeyd edək ki, final qarşılaşmasında "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gəlir.