“Retro Holding” MMC gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimə olunub.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi iddası ilə iprotokol irəli sürülüb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə, "Retro Holding” MMC-yə 1500 manat məbləğ cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə olunur.
Sabiq İsbəndərli