AZ

Moskvaya PUA hücumu Putinə mesajdır -

Moskvaya pilotsuz təyyarə ilə hücum Rusiya Prezidenti Vladimir Putinə havada atəşkəslə məşğul olmaq üçün bir mesajdır. Metbuat.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko belə açıqlama verib. Kovalenko sosial media hesabındakı paylaşımında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Ukrayna və ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşdüyünü xatırladıb. Həmçinin, Moskva və ətrafına intensiv PUA hücumlarının həyata keçirildiyini ifadə edən Kovalenko, bunun Putinə hava məkanında atəşkəslə bağlı mesaj olduğunu bildirib.

O, "Bu, Putinə əlavə siqnaldır ki, o, həm də havada atəşkəsdə maraqlı olmalıdır. Təkcə neft emalı zavodları üzərində deyil, pilotsuz təyyarələr Moskva üzərində də kütləvi şəkildə uça bilər", - deyə bildirib.

Seçilən
59
2
metbuat.az

3Mənbələr