AZ

İngiltərə görüşünün pərdəarxası - London Bakıya hansı məlumatları verib?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İngiltərə səfəri diqqət çəkir. Belə ki, o, Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə görüşüb. Olduqca mühüm məsələlərin müzakirə edildiyi haqqında fikirlər yayılır. Bu təmas xüsusi maraq doğurur. Görünür, Azərbaycan Britaniya ilə məlumat mübadiləsi aparır.

İndiki həssas geopolitik mərhələdə Britaniya kimi önəmli, lider dövlətlə təmaslar, müzakirələr nədən xəbər verir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, dəyişən dünya nizamı kontekstində dövlətlər öz strateji mövqelərini və məqsədlərini yenidən uyğunlaşdırmaq mərhələsinə qədəm qoymaqdadırlar:

“Bu gün təməli qoyulan əməkdaşlıq gələcək dünya nizamının paradiqmalarını təyin edəcək. Azərbaycanın yaratdığı reallıq daha güclü tərəfdaşlarla dərin əməkdaşlığı zəruri edir. Ona görə də Hikmət Hacıyevin Conatan Pauell ilə görüşünü bu kontekstdən qiymətləndirməliyik. Böyük Britaniya həmişə dünya siyasətini təyin edən ölkələrdən biri olub. Dənizlərin hakimi mövqeyinə yüksələ bilib. Hazırda Avstriyadan başlamış Kanadaya qədər uzanan subardinativ səlahiyyətə malik bir dövlətdir. Belə bir ölkə ilə Azərbaycanın münasibətlərinin dərinləşməsi iki ölkənin beynəlxalq münasibətlərdə sinxron hərəkəti üçün çox böyük gələcək vəd edir.

Hələ 1990-cı illərin əvvəllərində Azərbaycan-Britaniya münasibətləri çox dərin maraqlar əsasında formalaşdırılıb.

Bu səfər xüsusi yadda qalan olacaq. Hikmət Hacıyev Azərbaycan Prezidentinin xüsusi tapşırığı əsasında belə bir görüş keçirir”.

hikmet gorus

Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə Dövlət Naziri Stiven Doutinlə görüşüb

Politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur:

“Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəlindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir.

Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2024-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin Böyük Britaniyaya işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə olacaq”.


Telegram kanalımız
Seçilən
55
1
yenisabah.az

2Mənbələr