AZ

"Zabrat"da sakinlər yolların baxımsız vəziyyətdə olmasından ŞİKAYƏTÇİDİR VİDEO

Kələ-kötür yollar... Dağılmış yollarda yaranan gölməçələr... Bu yoldan istifadə etməkdə çətinlik çəkən vətəndaşlar...

Xezerxeber.az xəbər verir ki, söhbət Sabunçu rayonu Zabrat qəsəbəsi Molla Vəli Vidadi küçəsi, kərpic zavod adlanan ərazindən gedir. Sakinlərin sözlərinə görə, illərdir bu yol baxımsız vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, xüsusilə də ötən ayın 2-ci yarısında yağan qar əridikdən sonra bu yoldan istifadə etmək daha da çətinləşib.

Onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət ediblər. Lakin heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, rayonun bütün qəsəbələrində olduğu kimi Zabratda da qəsəbədaxili yolların asfaltlanmasını mərkəzləşmiş qaydada Avtomobil Yolları Dövlət Agentliyi Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirir. Molla Vəli Vidadi küçəsinin də asfaltlanması ilə bağlı tədbirlərin İnvestisiya Proqramına salınması üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
34
xezerxeber.az

1Mənbələr