
Fransanın məşhur kosmetika markası L'Oreal, sızanaq müalicəsi üçün istifadə olunan Effaclar Duo gelinin bütün partiyalarını geri çağırıb. “Ulusum”.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.Bunun səbəbi, məhsulun tərkibində benzol tapılmasıdır. Benzol, müəyyən şəraitdə benzoil peroksid ilə parçalanaraq əmələ gəlir və bu maddə böyük miqdarda leykemiya riskini artırır.Konnektikutdakı müstəqil laboratoriya, bir çox benzoil peroksid məhsulunda benzol çirklənməsini aşkar edib və ABŞ Qida və Dərman İdarəsindən məhsulun geri çağırılmasını tələb edib. L'Oreal bu tapıntıdan sonra, Effaclar Duo gelinin müvafiq partiyalarını geri qaytarmaq qərarına gəlib.
Diqqət Çəkənlər
Fələstinli fəalın deportasiyasına qarşı hakim əmr verdi
Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı
ABŞ və Ukrayna danışıqları başladı