AZ

"Arsenal" Zinçenko ilə danışıqlar aparacaq

"Arsenal"ın meneceri Mikel Arteta müdafiəçi Oleksandr Zinçenkonun gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Mövsüm bitdikdən sonra, mümkünsə və vaxtımız varsa, bunu hər bir oyunçu ilə edirəm. Bu, bir-birimizin gözləntilərini başa düşmək və əməkdaşlığımızın necə davam edə biləcəyinə aydınlıq gətirmək üçün lazımdır. Əlbəttə ki, bütün oyunçularla danışacağam"

Ukraynalının London klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

"Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir.

Seçilən
16
90deqiqe.az

1Mənbələr