AZ

Ukrayna atəşkəsi qəbul etməyə hazır olduğunu açıqladı

Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra Ukrayna və ABŞ-nin birgə bəyanatında deyilir.

Bəyanatda həmçinin vurğulanır ki, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparacaq qrupların tərkibini müəyyən etmək, həmçinin dərhal sülh danışıqlarına başlamaq barədə razılığa gəliblər.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Ukraynada atəşkəs təklifini Rusiyaya çatdıracaq. Dövlət Departamentinin rəhbəri əlavə edib ki, Amerika tərəfi müsbət cavaba ümid edir.

Seçilən
31
41
qafqazinfo.az

10Mənbələr