AZ

"TABİA Group" işçi axtarır - VAKANSİYA

TABİA Group

Risk üzrə mütəxəssis

Son tarix 11 apr 2025 - [email protected]

Şöbə: Maliyyə və risk 

Ünvan: Neftçilər prospekti 153, PBT   

Əmək funksiyası:

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
  • Risk skorinq modellərinin hazırlanmasında iştirak etmək;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən alınmış məlumatları təhlil etmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək
  • Сəmiyyətin müəssisələri və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Daxili audit komandası tərəfindən aşkarlanmış audit çatışmazlıqların aradan qaldırılmasında iştirak

Namizədə tələblər:

  • İqtisad sahəsində ali təhsilin olması (Statistika və Riyazi maliyyə üstünlükdür);
  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 1-3 il iş   təcrübəsi;
  • Rus və ingilis dilləri arzu olunandır.;
  • Microsoft Office və digər proqramlar;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
  • Dəqiqlik, detallara fikir vermək;
  • Ölkədaxili ezamiyyət etmək imkanı;

İşçinin təminatları:

  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • TABİA Group MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
  • TABİA Group MMC-nin tabeliyində olan müxtəlif  müəssisələrdə karyera davamı imkanı;                    
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

Maraqlanan namizədlər cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Seçilən
20
fed.az

1Mənbələr